“Ayıb olsun, Ermənistan kimi 1 qəpiklik ölkəyə xal verdiniz” – Türkiyəli siyasətçi
Bolu bələdiyyəsinin sədri Tanju Özkan AVRO-2024-ün seçmə mərhələsində evdə Ermənistanı məğlub edə bilməyən Türkiyə millisinin sərt tənqid edib.
Msport.az xəbər verir ki, bununla bağlı sosial şəbəkə hesabında post paylaşan Özkan futbolçuların bu nəticə ilə bütün türk dünyasını məyus etdiyini yazıb:
“Ayıb olsun. Qızlara (Avropa çempionu olan qadın voleybolçulardan ibarət yığmanı nəzərdə tutur) baxın. Adam kimi oynayın, türk kimi mübarizə aparın. Biz – türk millətinin komandası aciz erməniləri uda bilmiriksə, bizə ayıb olsun. Oğluma söz vermişəm, ona görə də payınızı layiq olduğunuz şəkildə verə bilmirəm. Ayıb olsun sizə. Ermənistan kimi 1 qəpiklik ölkəyə xal verdiniz. Yığmada milli ruh yoxdur. 50 yaşımda məni ağlatdınız. Hamınızın dini-imanı pul olubmuş”.
Qeyd edək ki, Türkiyə millisi evdə Ermənistanla 1:1 hesablı heç-heçə edib.