featured-image-71305

UEFA Çempionlar Liqasında “Qarabağ”ın rəqiblərindən olan “Ayntraxt” əsas futbolçularından birini itirib. Msport.az xəbər verir ki, Frankfurt klubunun türkiyəli hücumçusu Can Uzun zədələnib.

O, Bundesliqanın 9-cu turunda “Haydenhaym”la matçda (1:1) zədələnərək, əvəzlənib.

Türkiyə millisinin üzvü meydanı tərk edərkən göz yaşlarını saxlaya bilməyib. Almaniya mətbuatının yazdığına görə, Can Uzun uzun müddət yaşıl meydanlardan kənarda qala bilər.

19 yaşlı forvard bu mövsüm “Ayntraxt”da 13 oyunda 6  qol vurub, 4 məhsuldar ötürmə verib.

“Qarabağ” – “Aytraxt” oyunu gələn il, yanvarın 21-də keçiriləcək.

Bənzər xəbərlər