“Ayntraxt” futbolçusu üçün 100 milyon avro istəyir
“Ayntraxt Frankfurt” futbolçusu Randal Kolo Muaninin qiymətini açıqlayıb.
Msport.az xəbər verir ki, “Bayern Münhen”, “Mançester Yunayted” və “Çelsi”nin maraqlandığı futbolçu üçün komandası 100 milyon avro tələb edəcək. Hələlik yeganə təklif “Bayern”dən olub – 80 milyon avro. 24 yaşlı futbolçunun özü də məhz “Bayern”ə keçməyə daha müsbət yanaşır.
Qeyd edək ki, Kolo Muani cari mövsüm ərzində keçirdiyi 37 oyunda 19 qol və 12 assistlə yadda qalıb.
Royal Türksoy







