“Ayntraxt”ın prezidenti narkotik saxlanılmasında ittiham olunur
Frankfurt şəhər prokurorluğu “Ayntraxt”ın prezidenti Peter Fişə qarşı araşdırmalara başlayıb. Msport.az yerli mətbuata istinadən xəbər verir ki, klub rəhbəri kokainin qeyri-qanuni yolla əldə olunmasında və saxlanılmasında ittiham olunur.
Təhqiqat altına Fişerin həyat yoldaşı və 25 yaşlı böyük oğlu da düşüb.
Fişerin 13 yaşlı kiçik oğlu öz məktəb yoldaşı ilə kokaindən istifadə edib. Həmin uşağın anası oğlunda dəyişiklik olduğunu hiss edib və bu barədə polisə, eləcə də məktəbə məlumat verib.
Yanvarın sonlarında polis “Ayntraxt”ın prezidentinin evində axtarış aparıb. Bu zaman rəfdə kokainin izləri aşkar edilib.
Fişer, həyat yoldaşı və 25 yaşlı oğlu narkotikləri azyaşlı uşağın əli çata biləcəyi yerdə saxladıqlarına görə ittiham olunurlar.
ANAR ABDULLAYEV







