featured-image-29946

“Lion”un hücumçusu Mussa Dembele yay transper pəncərəsi dövründə “Ayntraxt”a keçə bilər. Msport.az xəbər verir ki, bu barədə insayder Florian Plettenberq məlumat yayıb.

Mənbənin sözlərinə görə, Frankfurt klubu artıq Dembelenin nümayəndələri ilə görüş keçirib. Danışıqlar müsbət axarda keçib. Hücumçu mövsümün sonunda müqaviləsi başa çatarkən “Lion”dan ayrılmağı qərara alıb.

“Ayntraxt” Dembeleni Kolo Muainin əvəzinə heyətə cəlb etmək istəyir. Futbolçunun meneceri Mamadi Fofana da Almaniya klubu ilə danışıqlar apardıqlarını təstiqləyib.

26 yaşlı oyunçu bu mövsüm 28 matçda 3 qol vurub və bir məhsuldar ötürmə verib.

ANAR ABDULLAYEV  

Bənzər xəbərlər