featured-image-74976

Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov AFFA-nın mətbuat xidmətinə açıqlamasında UEFA Millətlər Liqasının 2026/2027-ci illər mövsümünün püşkünü dəyərləndirib.

Msport.az xəbər verir ki, o, rəqibləri tanıdığını bildirib:

“Rəqiblərimiz bilindi, komandamız üçün xeyirli olsun. Bütün potensial rəqiblərimizlə tanış olmuşduq, oyunlarını izləmişdik. Əlbəttə ki, əsas məqsədimiz C Liqasına qayıtmaqdır. Qarşıdan yoldaşlıq görüşləri gəlir. Həmin oyunlarda futbolçuları izləmək, heyəti müəyyənləşdirmək imkanımız olacaq. C Liqasına qayıdacağımıza inanıram”.

Qeyd edək ki, millimiz D Liqasının 2-ci qrupunda Litva və Lixtenşteyn yığmaları ilə qarşılaşacaq. Millətlər Liqasında yeni mövsümə sentyabrda start veriləcək.

Bənzər xəbərlər