featured-image-28592

UEFA Gənclər Liqasının qalibi müəyyənləşib. Msport.az xəbər verir ki, həlledici oyunda Niderlandın “AZ Alkmaar” və “Xorvatiyanın “Xayduk” klubları üz-üzə gəlib. Cenevrədə keçirilən final matçında “Alkmaar” rəqib qapısından 5 cavabsız top keçirib.

Niderland təmsilçisinin heyətində Ernest Poku və Meerdink dubl ediblər.

Oyunu Fabio Kapello, Qaret Sautgeyt, Luiş Fiqu, Ronald Kuman, Rudi Föller, Patrik Vieyra, Petr Çex, Poberto Martines, Predraq Miyatoviç, Filipp Lam kimi dünya futbolunun məşhur simaları izləyiblər.

ANAR

Bənzər xəbərlər