featured-image-25190

“Real”ın baş məşqçisi Karlo Ançelotti Eden Azarın müsahibəsinə münasibət bildirib. Msport.az xəbər verir ki, belçikalı futbolçu italiyalı mütəxəssislə demək olar ki, danışmadığını demişdi. Ançelotti bunu təsdiq edib:

“Bizim münasibətlərimiz o qədər də soyuq deyil, amma Azar düz deyir, həqiqətən də çox danışmırıq. Hətta ailədə belə uşaqlardan biri ilə çox söhbət edirsiz, biri ilə az. Mənim üçün əsas odur ki, o, mənə hörmət edir, mən də ona”.

63 yaşlı mütəxəssis Azarın niyə az oynamasını belə şərh edib: “Ona görə ki, komandada böyük rəqabət mövcuddur. Onun mövqeyində özünü əla göstərən Vinisius var.

Gələn mövsüm klub kimləri mənim sərəncamıma versə, onlara bel bağlayacam”.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər