Azar "Real"da 18-ci (!) dəfə zədələndi
“Real”ın futbolçusu Eden Azar növbəti dəfə zədə alıb. Msport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, belçikalı vinger sol diz bağlarından zədə alıb. Onun iki həftə yaşıl meydanlardan kənarda qalacağı bildirilir.
Qeyd edək ki, Azar Madrid təmsilçisində artıq 18-ci dəfə zədələnir. O, 2019-cu ildən 74 oyunu buraxmalı olub.
“Real” 4 il əvvəl futbolçunun transferi üçün “Çelsi”yə 115 milyon avro ödəmişdi.
ANAR ABDULLAYEV







