Azarkeş finaldakı məğlubiyyətdən sonra özünü öldürdü
Argentinanın “Boka Xuniors” klubunun azarkeşi Marselo Morales Libertadores Kubokunun finalında Braziliya təmsilçisi “Fluminense”yə məğlubiyyətindən sonra intihar edib.
Msport.az “Marca”ya istinadən xəbər verir ki, anası 23 yaşlı fanatın cəsətini tapıb.
Morales Buenos-Ayresdə polis kimi fəaliyyət göstərib.
Qeyd edək ki, qarşılaşmma “Boka Xuniors”un əlavə vaxtda 2:1 hesablı məğlubiyyəti ilə bitib.