Azarkeşlər Deşamın getməsini istəyirlər
Fransalı futbol azarkeşlərinin yarıdan çoxu millinin baş məşqçisi Didye Deşamın postundan getməsini istəyir.
Msport.az xəbər verir ki, bu barədə “Lequipe” nəşri məlumat yayıb.
Sorğuda iştirak edən azarkeşlərin 51%-i məşqçisinin getməsini istəyir. Fransalıların daha 58%-i komandanın AVRO-2024-dəki çıxışından məyusdur, 42%-i isə millinin gələcəyindən narahatdır.
Didye Deşam 2012-ci ildən Fransa millisinin baş məşqçisidir. Bu müddət ərzində o, 2018-ci ildə komanda ilə Dünya Kubokunu, 2021-ci ildə Millətlər Liqasını qazanmağı bacarıb. Həmçinin onun rəhbərliyi altında komanda AVRO-2016 və 2022-ci il dünya çempionatının gümüş mükafatçısı olub.
Xatırladaq ki, 2024-cü il Avropa çempionatında Fransa yarımfinalda İspaniya millisinə 1:2 hesabıyla uduzaraq finala çıxa bilməyib.