featured-image-41155

“Onları dayandırmağa çalışmayacağıq. Nə istəyirlərsə, yarada bilərlər”.

Msport.az xəbər verir ki, bu sözləri UEFA prezidenti Aleksander Çeferin Avropa məhkəməsinin UEFA və FIFA-nın Superliqa ilə bağlı qərarına münasibət bildirərkən deyib.

Turnirin mümkün startı ilə bağlı xəbərlərə aydınlıq gətirən 56 yaşlı funksioner bunun inandırıcı olmadığını vurğulayıb: “Ümid edirəm ki, təsisçilər öz turnirlərinə iki komanda ilə start verəcəklər. Çünki futbol satılmır. Mətbuatda ingilis azarkeşlərin həmin turniri “Zombi Liqası” adlandırdığını gördüm. Milad bayramı yaxınlaşır. Görünür, ağacın altında bir qutu görüb bayram etməyə başlayıblar. Lakin qutunu açanda içinin boş olduğunu anlayacaqlar”.

Qeyd edək ki, hazırda turnirin iştirakçıları arasında cəmi iki komanda – İspaniyanın “Real Madrid” və “Barselona” klubları var.

Bənzər xəbərlər