“Azarkeşlər məni sevməsə belə, PSJ-də qalacam”
PSJ-nin hücumçusu Neymar PSJ-ni tərk etmək fikirində deyil. Msport.az xəbər verir ki, braziliyalı futbolçu azarkeşlərin nifrətinə baxmayaraq, Paris klubunda qalacağını deyib:
“Mənim gələcəyim? Ümid edirəm ki, gələn mövsüm PSJ-də qalacam. Bu klubla müqaviləm var, həm də heç kim başqa söz deməyib. Hətta azarkeşlər məni sevməsə belə, PSJ-də qalacam. Ya sevilərək, ya da sevgisiz”.
Qeyd edək ki, bir müddət əvvəl KİV-də hücumçunun paytaxt klubunu tərk edə biləcəyi ilə bağlı xəbər yayılmışdı. Ötən mövsümün sonunda PSJ-nin bir qrup azarkeşi Neymarın evinin qarşısına toplaşaraq onun komandadan getməsini tələb etmişdilər.
31 yaşlı futbolçunun PSJ ilə müqaviləsi 2025-ci ilin iyununa kimidir.
ANAR







