featured-image-29224

“Napoli” azarkeşləri “Udineze” ilə oyun (1:1) qutaran kimi meydana axışıblar. Msport.az xəbər verir ki, Neapol klubu 33 ildən sonra A seriyasını qazana bilib.

Final fitindən sonra fanatlar meydana düşərək futbolçularla, baş məşqçi Luçano Spalletti ilə şəkil çəkdirməyə cəhd göstəriblər.

“Daçiya Arena”da təhlükəsizliyə cavabdeh olan şəxslər “Napoli” azarkeşlərinin qarşısını ala bilməyiblər.

Azarkeşlərin bu sevgisindən hətta Spalletti də qorxuya düşüb.

media-загружено (2)

Bənzər xəbərlər