Azarkeşlər öz komandalarını daşa basdılar – Cənubi Amerika Kubokunda kuryoz hadisə
Cənubi Amerika Kubokunda “Tiqre” və “San-Paulu” komandaları arasında keçirilən oyundan öncə kuryoz hadisə baş verib.
Msport.az-ın məlumatına görə, Argentina klubunun azarkeşləri avtobusları səhv salıblar. Fanatlar səhvən öz komandalarını daşıyan nəqliyyat vasitəsini daşa basıblar.
Nəticədə avtobusa ziyan dəyib. Xoşbəxtlikdən insident nəticəsində xəsarət alan olmayıb.
Qeyd edək ki, görüş qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.
CAHİD







