featured-image-24487

“Mançester Yunayted” İngiltərə Premyer Liqasının 26-cı turunda “Liverpul”a 0:7 hesabı ilə uduzub.  Bu “qırmızı şeytanlar”ın son 92 ildə ən böyük hesablı məğlubiyyətidir.

Msport.az xəbər verir ki, “Yunayted”in müdafiəçisi Lük Şou “Enfild Roud”dakı sarsıdıcı zərbə haqqında danışıb:

“Bunu izah etmək çətindir. Biz bu gün adi səviyyəmizdən çox uzaq idik. Mən azarkeşlər qarşısında xəcalət çəkirəm. Eləcə də oyunu izləyən bütün insanlardan utanıram. Yalnız üzr istəyə bilərəm. Bu oyuna baxmaq ağır olacaq. Lakin ten Haq bir daha matçı bizə göstərəcək ki, bu rüsvayçılıqdan nəticə çıxaraq”.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər