featured-image-83546

“Şamaxı” Azərbaycan çempionatlarının yüksək dəstəsində 900-cü qolunu vurub.

Msport.az xəbər verir ki, əvvəllər “Xəzər Universiteti”, “İnter” və “Keşlə” adlarını da daşımış komandanın yubiley qolunu Abdullahi Şuaybu vurub.

O, Azərbaycan Premyer Liqasının VII turunun “Zirə” ilə səfər görüşündə (1:1) fərqlənib.

900-cü qol 733-cü matça təsadüf edib. Evdə 482, səfərdə 418 dəfə fərqlənən “Şamaxı” ümumi qol sayında yalnız “Qarabağ”, “Neftçi” və “Kəpəz”dən geri qalır.

Qeyd edək ki, ilk qol 1999/2000 mövsümündə vurulub. 1999-cu il noyabrın 7-də “Neftçi” ilə ev oyununun (2:3) 37-ci dəqiqəsində fərqlənən Samir Ələkbərov klubun tarixinə düşüb.

Bənzər xəbərlər