featured-image-54081

Varşavada (Polşa) minifutbol üzrə Çempionlar Liqası keçirilir.

Msport.az xəbər verir ki, Azərbaycan çempionu “Birbaşa Bakı” finalda oynayacaq.

Komandamız yarımfinalda “Andezit Xust” klubunu penaltilər seriyasında 4:3 hesabı ilə məğlub edərək finala vəsiqə qazanıb. Həlledici görüşdə isə təmsilçimizin rəqibi Çexiyanın “Brno” klubu olacaq.

19:00 “Birbaşa Bakı” (Azərbaycan) – “Brno” (Çexiya)

Qeyd edək ki, komandalar qrup mərhələsində üz-üzə gəlib və matç 1:1 hesabı ilə başa çatıb.

Bənzər xəbərlər