Azərbaycan çempionu məşhur futbolçunu "Boka Xuniors"a aparır
“Valensiya”nın hücumçusu Edinson Kavani karyerasını Argentinada davam etdirə bilər.
Msport.az xəbər verir ki, uruqvaylı futbolçu “Boka Xuniors”a keçməyə yaxındır.
36 yaşlı forvardın qardaşı və agenti Valter Quqlemon klub rəhbərliyi ilə görüşmək üçün Buenos Ayresə uçub. Tərəflər transferi başa çatdırmaq üçün son detalları müzakirə edəcəklər.
Qeyd edək ki, Valter Quqlemon Azərbaycanda “İnter” (hazırkı “Şamaxı”) və “Neftçi”nin formasını geyinib. O, 2007/2008 mövsümündə “İnter”lə Premyer Liqanın qızıl medallarını qazanıb.







