Azərbaycan çempionu Yaponiya klubunda
“Neftçi” ilə Azərbaycan çempionu olmuş futbolçu Ahmed Ahmedovun yeni klubu müəyyənləşib.
Msport.az xəbər verir ki, 29 yaşlı hücumçu Bolqarıstanın “Spartak” komandasından ayrılıb.
O, karyerasını Yaponiya təmsilçisi “Şimizu S-Pulse”də davam etdirəcək.
Bolqarıstanlı 2021-ci ildə “Neftçi”də çıxış edib. O, “ağ-qaralar”ın heyətində 9 oyunda 1 qol vurub.
Bu yeganə qol isə “Neftçi”yə çempionluq gətirib. Məhz bu qol sayəsində “Neftçi” “Qarabağ”ı 1:0 hesabı ilə məğlub etmiş və 2020-2021-ci illər mövsümündə çempion olub.