featured-image-42077

“Araz-Naxçıvan” klubu heyətini daha bir futzalçı ilə gücləndirib.

Bu barədə Msport.az-a Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Ölkə çempionu braziliyalı Dioqo Auqusto ilə anlaşıb. Oyunçu mövsümün sonuna qədər “qırmızı-ağlar”ın uğuru üçün çalışacaq.

Qeyd edək ki, 24 yaşlı futzalçı ölkəsində “Taboao da Serra” və “San Paulu” klubunda çıxış edib. “Araz-Naxçıvan” bunadək Miloş Todoriç, Həsənəli Rəhimov və Andre Korrea dos Santos Juniorla anlaşıb.

Bənzər xəbərlər