featured-image-46

Fransanın Strasburq şəhərində yaşayan Azərbaycan əsilli Dəniz Ramazanov Frans Alzas regionu və Aşağı Ren (Bas Rhin) departamenti üzrə keçirilmiş şahmat üzrə çempionatlarının qalibi olub.

AZƏRTAC xəbər verir ki, son iki turnirin qalibi olmuş Dəniz cari ilin aprelində Ajan şəhərində keçiriləcək Fransa Çempionatında iştirak edəcək.

Dənizin 10 yaşı olmasına baxmayaraq, o, 12 yaş kateqoriyasından olan rəqiblərinə qarşı mübarizə aparıb və bütün çempionatlarda birinci yeri tutub.

Xatırladaq ki, Dəniz artıq dörd ildir hər il Alzas və Aşağı Ren üzrə keçirilən şahmat yarışlarında birinci yeri tutur və Fransa Şahmat Çempionatına qatılır.

Bənzər xəbərlər