featured-image-35866

Niderlandın Rotterdam şəhərində keçilən Avropa Paralimpiya Çempionatı başa çatıb.

Msport.az xəbər verir ki, mötəbər yarışda ölkəmizi 35 idmançı 7 idman növündə təmsil edib.

Milli komandanın üzvləri Şəhanə Hacıyeva (cüdo), Xanım Hüseynova (cüdo), İmaməddin Xəlilov (takevondo), Əbülfəz Abuzərli (taekvondo) Avropa Paralimpiya Çempionatının qızıl medalını qazanıblar.

Namiq Abaslı (cüdo), Dürsədəf Kərimova (cüdo), İlham Zəkiyev (cüdo), Röyalə Fətəliyeva (taekvondo) çempionatın gümüş medalına sahib çıxıblar.

Millinin digər üzvləri İsmayıl Muradov (cüdo), Xatirə İsmiyeva (cüdo), Sabir Zeynalov (taekvondo), Amin Şıxalıyev (taekvondo), Aybəniz Babayeva (güllə atıcılığı) yarışların bürünc medalını qazanıblar.

Bənzər xəbərlər