featured-image-16552
İngiltərənin “Sauthempton” klubu baş məşqçisi Ralf Hazenhyuttl ilə yollarını ayırıb.
Msport.az Premyer Liqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 55 yaşlı mütəxəssisin müqaviləsi vaxtından əvvəl ləğv olunub.
Komandanı noyabrın 9-da “Şeffild Uensdey” ilə Liqa Kuboku matçına daha əvvəl Azərbaycanda da işləmiş Ruben Selles çıxaracaq.
Qeyd edək ki, Ralf Hazenhyuttl 2018-ci ildən “Sauthempton”da işləyib. Komanda Premyer Liqada 14 turdan sonra 12 xalla 18-ci pillədə qərarlaşıb.
Ruben Selles 2012 – 2014-cü illərdə “Neftçi”də, 2015 – 2017-ci illərdə isə “Qarabağ”da baş məşqçilərin köməkçisi vəzifəsini yerinə yetirib.

Bənzər xəbərlər