Azərbaycan klubu ləğv olunur
“Qaradağ-Lökbatan” Peşəkar Futbol MMC ləğv olunduğunu elan edib.
Msport.az xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, ev 124, mənzil 21 ünvanına bildirə bilərlər.
“Qaradağ-Lökbatan” Peşəkar Futbol Klubu 2024-cü ildə yaradılıb. Onun hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu, Şeyx Şamil küçəsi, ev 8, mənzil 24, nizamnamə kapitalı 100 manat, qanuni təmsilçisi isə Bəbir Dilsuz oğlu Həsənovdur.







