Azərbaycan klubu Türkmənistan təmsilçisi ilə qarşılaşacaq
I Liqa təmsilçisi “Şamaxı” yoxlama oyununda qüvvəsini sınayacaq.
Msport.az xəbər verir ki, əyalət klubu Türkmənistan təmsilçisi ilə üz-üzə gələcək.
Məlumatı “Şamaxı”nın rəsmi “facebook” səhifəsi yayıb. Xəbərə görə, rəqib “Nebitçi” komandası olacaq.
Sentyabrın 8-də Qəbələdə reallaşacaq qarşılaşma saat 17:00-da başlayacaq.