featured-image-55975

“Azərbaycan millisi bizə təhlükələr yaradırdı”.

Msport.az xəbər verir ki, bunu Slovakiya millisinin futbolçusu Lukas Haraslin deyib.

Millətlər Liqasının Bakıdakı oyununda yığmamızın qapısına qol vuran futbolçu qarşılaşma haqda fikirlərini bildirib:

“Azərbaycanla matçda zəif oynadıq. Matçdan əvvəl istədiklərimizi meydanda edə bilmədik. Bir az diqqətli oynamalı olduq. Amma sonda oyuna nəzarət etməyə çalışdıq. Layiqli qələbə qazandıq. Lakin bu səviyyədən daha da irəli getməyə çalışırıq”.

Qeyd edək ki, Slovakiya Bakıda 3:1 hesablı qələbə qazanıb.

Bənzər xəbərlər