featured-image-39813

“Utanmalıyıq. Şəxsən mən bu nəticəyə görə utanıram”.

Msport.az xəbər verir ki, bunu İsveç yığmasının futbolçusu Robin Olsen Azərbaycan millisinə 0:3 hesabı ilə məğlub olduqları AVRO-2024-ün seçmə mərhələsinin oyunu barədə danışarkən deyib.

33 yaşlı qapıçı Bakıda baş tutan qarşılaşmadakı zəif çıxışa görə komanda yoldaşlarına qəzəbli olduğunu da etiraf edib: “Oyundan sonra çox qəzəbli idim. Amma başverənlər orada qalmalıdır. Belə nəticədən sonra burada olmaq cəhənnəm kimi ağrıdır. Mətbuatda yazılanları oxumayacağam, ancaq ciddi tənqidlər gözləyirəm. Çünki buna layiqik”.

Qeyd edək ki, F qrupunda yer alan İsveç və Azərbaycan milliləri hərəyə 7 xalla müvafiq olaraq 3-4-cü pillələri tuturlar. Seçmə mərhələnin son turunda yığmamız Belçikanın qonağı olacaq, skandinavlar isə Estoniyanı qəbul edəcəklər. Hər iki matç noyabrın 19-da baş tutacaq.

Bənzər xəbərlər