featured-image-51447

Paris-2024 Yay Olimpiya Oyunlarının kamandan oxatma yarışlarının püşkü atılıb.

Msport.az xəbər verir ki, Olimpiadaya start verəcək ilk Azərbaycan idmançısı Yaylagül Ramazanovanın mübarizəyə neçənci qoşulacağı bəlli olub.

O, sıralama turuna 30-cu cütdə başlayacaq. Bu raund Bakı vaxtı ilə saat 11:30-da start götürəcək.

Yaylagül Türkiyə təmsilçisi Elif Berra Gokkirlə paralel mübarizəyə qoşulacaq. Təmsilçimiz B zolağından hədəfi nişan alacaq.

Qeyd edək ki, sıralama turunda mübarizə aparacaq 64 oxatan 1/32 final cütlərini müəyyənləşdirəcək. İdmançılar sıralamadakı yerinə əsasən 1-ci 64-cü, 2-ci 63-cü, 3-cü 62-ci ardıcıllığı ilə cütlər təşkil edəcək.

Bənzər xəbərlər