featured-image-83690

Futzal üzrə Azərbaycan millisi tarixində ilk dəfə Lənkəran Olimpiya İdman Kompleksində rəsmi oyun keçirəcək.

Msport.az xəbər verir ki, DÇ-2028-in 12-ci qrupunda yer alan komanda noyabrın 5-də ev oyununa çıxacaq.

Çexiya yığması ilə görüşün ünvanı Lənkəran Olimpiya İdman Kompleksi olacaq və matç saat 17:00-da start götürəcək.

Qeyd edək ki, kompleks 2018-ci ildə istifadəyə verilib. İdman zalı 788 azarkeş tutumuna malikdir.

Bənzər xəbərlər