featured-image-19033

Sergey Yuran “Rubin”in baş məşqçisi ola bilər. Msport.az sports.ru-ya istinadən xəbər verir ki, bu həftə 53 yaşlı mütəxəssis Kazan klubunun yeni rəhbərliyi ilə görüşəcək.

Yuranın son iş yeri avqustda ayrıldığı “Ximki” komandası olub. Namizədlər arasında hazırda baş məşqçi vəzifəsini icra edən Yuri Utkulbayev də var.

“Rubin” 20 turdan sonra I liqada 3-cü yeri tutur və lider “Baltika”dan 4 xal geri qalır.

Xatırladaq ki, Yuran 2011-2012-ci illərdə “Simurq” klubunu çalışdırıb.

Bənzər xəbərlər