featured-image-26967

Sergey Yuran Rusiyanın “Pari Nijni Novqorod” klubunun baş məşqçisi təyin olunub. Msport.az xəbər verir ki, o, bu postda Artyom Qorlovu əvəzləyib.

53 yaşlı mütəxəssisin son iş yeri 2022-ci ilin avqustunda tərk etdiyi “Ximki” olub.

35 yaşlı Qorlov “Pari NN” 6 oyuna çıxarıb ki, bunların da beşində məğlubiyyətlə üzləşib. Komanda hazırda 19 xalla 13-cü yeri tutur.

Qeyd edək ki, Yuran 2011-ci ildə Zaqatalanın “Simurq” klubuna rəhbərlik edib.

ANAR 

Bənzər xəbərlər