featured-image-30446

İngiltərə Premyer Liqasında çıxış edən “Sauthempton” baş məşqçisi Ruben Selleslə yollarını ayırır.

Msport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, ispaniyalı mütəxəssisin mövsümün sonunda başa çatacaq müqaviləsi yenilənməyəcək.

Tərəflər artıq bununla bağlı ortaq məxrəcə gəliblər.

40 yaşlı baş məşqçi bu ilin fevralından komandaya rəhbərlik edir. 36-cı turda “Fulhem”ə məğlubiyyətdən (0:2) sonra “Sauthempton” vaxtından əvvəl Premyer Liqanı tərk edib.

Qeyd edək ki, Ruben Selles 2012 – 2014-cü illərdə “Neftçi”də, 2015 – 2017-ci illərdə isə “Qarabağ”da baş məşqçilərin köməkçisi vəzifəsini yerinə yetirib.

Bənzər xəbərlər