Azərbaycanda oynamış futbolçu 39 yaşında vəfat etdi
“Simurq” klubunun sabiq yarımmüdafiəçisi Mario Bojiç 39 yaşında vəfat edib. Msport.az “Klix”ə istinadən xəbər verir ki, onun belə gənc yaşda ölümünün səbəbi xərçəng xəstəliyi olub. Bojiç 2012-2013-cü illər mövsümündə Zaqatala klubunun heyətində 25 oyunda 6 qol vurub.
Bosniya və herseqovinalı oyunçu karyerası ərzində “Uypeşt” (Macarıstan), “Slovan” (Bratislava), “Fehervar” (Macarıstan) kimi klublarda çıxış edib.
AYXAN







