Azərbaycanda oynamış futbolçu erməni klubu ilə müqaviləni uzatdı
“Səbail”, “Sabah” və “Keşlə” (indiki “Şamaxı”) klublarının sabiq futbolçusu Yevgeni Koçuk Ermənistanın “Pünik” komandası ilə müqaviləsini uzadıb.
Msport.az “molfootball.com” saytına istinadən xəbər verir ki, moldovalı yarımmüdafiəçi 1 illik yeni sözləşməyə imza atıb.
29 yaşlı oyunçunun hazırkı müqaviləsinin müddətini bu ilin dekabrında başa çatmalı idi.
Qeyd edək ki, Yevgeni Koçuk 2018-2019-cu illərdə “Səbail”in, 2020-ci ildə “Sabah”ın, 2021-ci ildə isə “Keşlə”nin formasını geyinib.







