featured-image-29305

“İnter” (hazırkı “Şamaxı”) klubunun sabiq futbolçusu Laşa Salukvadze “Napoli”də çıxış edən Xviça Kvaratsxeliyanı tərifləyib.

Msport.az xəbər verir ki, gürcüstanlı veteran yarımmüdafiəçi həmyerlisinin A Seriyasındakı ilk mövsümündəcə çempion olmasını ciddi uğur adlandırıb:

“Kvaratsxeliya bu mövsüm əla oynadı və onu çempionluq münasibətilə təbrik etmək olar. Həm Gürcüstanda, həm də Rusiyada çoxları ona azarkeşlik edir. Nəhənglərin çox olduğu İtaliyada titul qazanmaq istənilən futbolçu üçün çox çətindir. Xviça bunu ilk ildə bacarıb.

O, “Napoli”nin əfsanəsi Dieqo Maradona ilə müqayisə oluna bilər. Bəlkə də bunu demək üçün hələ tezdir, lakin Xviça çox böyük istedada malikdir. Onun gələcəyi irəlidəri. Kvaratsxeliya artıq neapollular üçün Dieqo kimi əfsanəyə çevrilib”.

CAHİD

Bənzər xəbərlər