featured-image-19863

“Qəbələ” və “Zirə”nin sabiq futbolçusu Klesio Bauk Portuqaliyanın “Maritimu” komandasından ayrılıb.

Msport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 29 yaşlı hücumameylli yarımmüdafiəçi ilə müqavilə qarşılıqlı razılıq əsasında ləğv edilib.

Mozambik millisinin üzvü 2021-ci ilin avqustunda transfer olunduğu “Maritimu”da cəmi 2 oyun keçirib. O, hər iki matçda meydana sonradan daxil olub.

Qeyd edək ki, Klesio Bauk 2019/2020 mövsümündə “Qəbələ”nin, 2020/2021 mövsümündə isə “Zirə”nin formasını geyinib.

Bənzər xəbərlər