featured-image-20799

Ukrayna millisinin və “Səbail”in sabiq qapıçısı Aleksandr Rıbka vətəninə qayıdıb.

Msport.az xəbər verir ki, 36 yaşlı qolkiper “Lvov” komandasına keçib. Onunla imzalanmış müqavilənin detalları açıqlanmayıb.
Təcrübəli çərçivə qoruyucusu yeni klubunda 23 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Aleksandr Rıbka 2019/2020 mövsümündə “Səbail”in formasını geyinib.

Bənzər xəbərlər