featured-image-49908

Azərbaycan Cüdo Federasiyasının (ACF) idman direktoru Kamran Talıbov Paris-2024 Yay Olimpiya Oyunlarının yerli Təşkilat Komitəsində fəaliyyət göstərəcək.

Msport.az xəbər verir ki, o, bununla bağlı sosial şəbəkədə özü məlumat yayıb.

ACF rəsmisi qarşıdakı 2 ay ərzində voleybol, həndbol, ağırlıqqaldırma və stolüstü tennis yarışlarında əməliyyatların idarə olunmasına dəstək göstərəcək.

Qeyd edək ki, Paris-2024 iyulun 26-da start götürəcək və avqustun 11-də yekunlaşacaq.

Bənzər xəbərlər