Azərbaycanlı futbolçu Albaniya Superkubokunu qazandı
Azərbaycanlı futbolçu Zamiq Əliyevin şərəfini qoruduğu “Eqnatiya” komandası Albaniya Superkubokunu qazanıb.
Msport.az xəbər verir ki, “Eqnatiya” finalda “Kukeşi” ilə qarşılaşıb.
2023/24 mövsümündə Albaniya çempionu olub və ölkə kubokuna sahib çıxan “Eqnatiya” Superkubokda da qələbə qazanıb. Zamiqin komandası kubokun finalında olduğu kimi, bu dəfə də “Kukeşi”ni məğlub edib. Oyun 2:0 hesabı ilə yekunlaşıb.
Zamiqin adı iştirak ərizəsinə daxil edilsə də, o, Superkubokun finalında meydana çıxmaq şansı qazanmayıb.