featured-image-75123

İspaniyanın III liqa təmsilçisi “Kazaleqas” azərbaycanlı futbolçunu heyətinə qatıb.

Msport.az xəbər verir ki, ispanlar Hüseyn Əhmədovla anlaşıb.

2007-ci il təvəllüdlü sağ cinah müdafiəçisi üçüncü liqa klubu ilə 1 illik müqaviləyə qol çəkib. Əhmədov son olaraq II Liqa təmsilçisi olan “Dinamo”da (Bakı) çıxış edib.

Qeyd edək ki, “Kazaleqas” İspaniya III liqasında 22 turdan sonra 12 xalla 18 komanda arasında 17-ci pillədədir.

Bənzər xəbərlər