featured-image-25516

Latviya çempionatında 2-ci turun oyunları keçirilir.

Msport.az xəbər verir ki, azərbaycanlı futbolçular Ramin Nəsirli və Nazim Həsənzadənin komandası “Dauqavpils” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Yelqava” ilə qarşılaşıb. Futbolçularımızın komandası meydanı məğlubiyyətlə tərk edib – 1:2.

Hər iki futbolçumuz bu oyuna start heyətdə başlayıb və 63-cü dəqiqədə əvəzlənib. Komandasının yeganə qolunu da Nəsirli vurub. O, 6-cı dəqiqədə hesabı açsa da, komandası qalan dəqiqələrdə iki qol buraxmaqla uduzub.

Xatırladaq ki, müqavilə ilə müvafiq olaraq “Neftçi” və “Turan Tovuz”a məxsus olan Raminlə Nazim “Dauqavpils”də icarə əsasında forma geyinir.

Bənzər xəbərlər