featured-image-25004

Latviya çempionatında yeni mövsümə start verilib.

Msport.az xəbər verir ki, azərbaycanlı futbolçular Ramin Nəsirli və Nazim Həsənzadənin komandası “Dauqavpils” də ilk matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Tukums 2000” ilə qarşılaşıb. Futbolçularımızın komandası meydanı məğlubiyyətlə tərk edib – 0:1.

Hər iki futbolçumuz bu oyuna start heyətdə başlayıb. Nazim 82, Ramin isə 88-ci dəqiqədə əvəzlənib.

Xatırladaq ki, müqavilə ilə müvafiq olaraq “Neftçi” və “Turan Tovuz”a məxsus olan Raminlə Nazim “Dauqavpils”də icarə əsasında forma geyinir.

Bənzər xəbərlər