Azərbaycanlı futbolçunun komanda yoldaşı girov saxlanılır
Bəxtiyar Həsənalızadənin çıxış etdiyi “Tuzlaspor”un futbolçusu Filip Avuku ölkəsi Qanada girov saxlanılır.
Msport.az xəbər verir ki, milli komandasının oyunları üçün ölkəsinə gedən 23 yaşlı müdafiəçiyə Türkiyəyə qayıtmaq üçün viza verilmir.
Türkiyənin Qanadakı səfirliyi hələlik qərarın səbəbini açıqlamayıb.
Qeyd edək ki, millimizin də formasını geyinən Bəxtiyar Həsənalızadə bu mövsümün əvvəlində I Liqa təmsilçisində çıxış edir.







