featured-image-21056

Rusiyanın “Ximki” klubunun əsas sponsoru azərbaycanlı iş adamı Tufan Sadıqov mövsümün sonunda komandaya maliyyə ayrılmasını dayandıra bilər.

Msport.az “Sport-ekspress”ə istinadən xəbər verir ki, iş adamı komandanın uğursuz çıxış etməsindən məyus olub. O, kluba pul ayırmasını mənasız itki sayır.

Qeyd edək ki, bir müddət əvvəl Rusiya Peşəkar Futbolçular İttifaqının direktoru Aleksandr Zotov bəyan etmişdi ki, “Ximki” bütün oyunçular qarşısında borclarını ödəyib.

Moskvaətrafı klubun borclarının 150 milyon rubla (3 milyon 713 min 332 manat) çatdığı deyilirdi.

17 oyundan 12 xal toplayan “Ximki” turnir cədvəlində 15-ci yeri tutur.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər