Azərbaycanlı məşqçi “Amedspor”un baş məşqçisi oldu
Taürkiyənin “Amedspor” klubunun yeni baş məşqçisinin adı açıqlanıb. Msport.az xəbər verir ki, Sərvət Çətinlə mövsümün sonuna kimi müqavilə imzalanıb.
Qeyd edək ki, Diyarbakır təmsilçisi Ersun Yanalla yollarını ayırmışdı.
11 turdan sonra hesabında 13 xal olan “Amedspor” Türkiyə I Liqasında 20 komanda arasında 18-ci yeri tutur.
Türkiyə millisində 59 oyun keçirmiş Servet Çetin əslən azərbaycanlıdır.