Azərbaycanlı qapıçı 4-cü liqa klubunda
İspaniyanın “Barselona” klubu azərbaycanlı qapıçı Eldar Tağızadəni icarəyə göndərib.
Msport.az xəbər verir ki, həmyerlimiz icarə əsasında İspaniyanın 4-cü liqasında çıxış edəcək.
Tağızadə “Tudelano” klubunun formasını geyinəcək. Tərəflər arasında 2025-ci il iyunun 30-dək nəzərdə tutulmuş müqavilə imzalanıb.
Qeyd edək ki, Eldar Tağızadə bu ay azad agent kimi Kataloniya təmsilçisinin B komandasına keçmişdi. Onun “Barselona” ilə sözləşməsinin müddəti 2026-cı ilin yayına qədərdi.