Baena “Real”ın futbolçusundan polisə şikayət etdi
“Vilyarreal”ın futbolçusu Aleks Baena “Real”ın yarımmüdafiəçisi Federiko Valverdedən polisə şikayət edib. Msport.az cəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.
“Real” – “Vilyarreal” (2:3) oyunundan sonr Madrid klubunun üzvü Baenanın üzünə zərbə endirib. “Vilyarreal”ln oyunçusunun polisə, İntizam Komitəsinə və ya hər iki orqana müraciət etmək hüququ var idi. 21 yaşlı futbolçu hüquq-mühafizə orqanlarına getməyə üstünlük verib.
Bu o deməkdir ki, Valverdeyə heç bir idman cəzası verilməyəcək. Əgər Baena İntizam Komitəsinə şikayət etsəydi, şahidlərin dindirmələrinə əsasən, qurum qərar verə bilərdi. Adətən belə hadisələrdə əsas mənbə kimi oyunun protokoluna baxılır. Lakin hadisə matçdan sonra avtobuslar dayanan yerdə olduğundan hakim bunu görməyib.
ANAR ABDULLAYEV







