Bağlı qapılar arxasında yoxlama oyunu
Ukrayna millisi İngiltərənin “Brentford” klubu ilə yoxlama oyunu keçirib.
Msport.az xəbər verir ki, “Uembli” stadionunda baş tutan matçda ukraynalılar 2:0 hesabı ilə qələbə qazanıblar.
“Brentford” görüşə ikinci heyətlə çıxıb. Əsas komandadan yalnız Pontus Yansson və Coş da Silva forma geyinib.
Ukrayna seçməsinin qollarını Aleksandr Svatok və Qeorqi Sudakov vurub.
Oyun mediaya və azarkeşlərə qapalı olub. Stadiona yalnız klubun nümayəndələri, futbolçuların ailələri və yaxınları buraxılıb.
ANAR ABDULLAYEV







