featured-image-16041
“Qarabağ”la səfər oyununa rahat gedə bilərik”.
Msport.az xəbər verir ki, bunu Almaniya “Frayburq”unun baş məşqçisi Kristian Ştrayx Bakıda “Qarabağ”a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin sonuncu – VI tur oyunu barədə danışarkən deyib.
57 yaşlı mütəxəssis bildirib ki, idman ambisiyalarından əlavə, bu səfərdən zövq almaq istəyir: “Bakını görməyi səbirsizliklə gözləyirəm. Şəhər haqqında müəyyən məlumatlar toplamışam. Səhər erkən durub köhnə şəhəri iki saat piyada gəzmək istəyirəm. Yəqin ki, bir daha ora getməyəcəyəm”.
Qeyd edək ki, noyabrın 3-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Frayburq” matçı saat 21:45-də başlayacaq.

Bənzər xəbərlər